Təhsil Tələbə Krediti Fondu və Azərbaycan Texniki Universitetinin birgə təşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi müvəffəqiyyətlə başa çatıb.
Layihədə TTK-dan yararlanmış tələbələrin iştirakı əsas prioritet məsələsi oldu. Bu layihə, tələbələrin əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnmələrinə dəstək vermək, onların peşəkar inkişafını gücləndirmək məqsədi daşıyıb.
İki gün ərzində keçirilən təlimlər tələbələrə çox vacib bacarıqlar qazandırıb. İlk günün təlimi “Liderlik və komanda işi” mövzusunda olub və burada iştirakçılar, komanda qurma və liderlik prinsiplərini öyrənərək, komandadaxili ünsiyyətin və effektiv qərar qəbul etmə proseslərinin vacibliyini müzakirə ediblər.
İkinci günün təlimi isə “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” mövzusuna həsr olunub. Prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtın effektiv idarə edilməsi, tələbələrə gündəlik həyatlarında və gələcək karyeralarında uğur qazanmaq üçün vacib bacarıqlar kimi təqdim olunub. Təlimlər interaktiv üsullarla təşkil olunub, iştirakçılar fərdi və qrup tapşırıqları vasitəsilə öyrəndiklərini təcrübi şəkildə tətbiq ediblər. Təlimin sonunda isə proqramı uğurla tamamlayanlara sertifikatlar təqdim edilib.