Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Ali Neft Məktəbində görüş keçirib.
Bakı Ali Neft Məktəbində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev nümayəndə heyəti ilə növbəti dəfə əyani formada ödənişli təhsil alan tələbələr ilə görüş keçirdi.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Fondun əməkdaşları Ağca Məmmədova, Musa İsazadə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müəllim və tələbə heyəti iştirak edirdi.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək idi.
Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə Təhsil Tələbə Krediti Fondu arasında uğurlu əməkdaşlığın mövcudluğundan, təhsil tələbə kreditinin üstünlüklərindən bəhs edərək Ali Məktəbin tələbələrinin Fondun təklif etdiyi imkanlardan yararlandıqlarını bildirib.
Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev çıxış edərək rəhbərlik etdiyi Fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirdi. Bildirdi ki, Fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.
Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı irəli sürülən təkliflər üzrə müzakirələr aparıldı, tələbələrin çoxsaylı sualları Fondun sədri Araz Paşayev tərəfindən cavablandırıldı.