“Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla başa çatdı.
Təhsil Tələbə Krediti Fondu və 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi Təhsil Tələbə Krediti Fondundan yararlanan tələbələrin əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnməsinə dəstək olmaq və onların peşəkar inkişafına töhfə vermək olub.
İki gün davam edən təlimlər ərzində tələbələr əmək bazarında uğur qazanmaq üçün vacib olan bir sıra bacarıqları mənimsəyiblər. Tələbələrə layihə çərçivəsində “Liderlik və komanda işi” və “Məqsədlərin müəyyən edilməsi və vaxtın idarə olunması” mövzuları təqdim edilmişdir.
Layihənin ilk günü “Liderlik və komanda işi” mövzusuna həsr olunub. Təlim zamanı iştirakçılar liderlik və komanda quruculuğu ilə bağlı nəzəri biliklərlə yanaşı, komandadaxili effektiv ünsiyyət, əməkdaşlıq və qərarvermə proseslərinin əhəmiyyətini müzakirə ediblər.
İkinci gün isə “Məqsədlərin müəyyən edilməsi və vaxtın idarə olunması” mövzusu üzrə təlim keçirilib. Təlimdə tələbələr prioritetlərin düzgün müəyyənləşdirilməsi, vaxtdan səmərəli istifadə və şəxsi inkişaf planlaşdırılması kimi mövzularda bilik və bacarıqlar əldə ediblər.
Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılar fərdi və qrup tapşırıqları vasitəsilə öyrəndiklərini praktiki şəkildə tətbiq etmək imkanı qazanıblar. Sonda təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.