Təhsil Tələbə Krediti Fondu və Bakı Dizayn Akademiyası arasında görüş keçirilib
25 sentyabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) və Bakı Dizayn Akademiyası arasında görüş keçirilib. Görüşün məqsədi təhsil tələbə kreditindən yararlanmış gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, həmçinin məzunların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlanmasını təmin etmək olub.
Görüş zaman tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub. Əmək bazarında hansı sahələrdə iş imkanlarının daha çox olduğu, məzunların bu sahələrə yönləndirilməsinin vacibliyi və təhsil kreditlərinin bu istiqamətdə necə daha səmərəli istifadə oluna biləcəyi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tələbələrin təhsilini başa vurduqdan sonra aldıqları kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə onların məşğulluq imkanlarının artırılması və təcrübə proqramlarına cəlb olunması məsələləri də müzakirə edilib.
Görüşün yekununda hər iki qurum arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, gənclərin təhsil aldıqları sahələr üzrə iş tapmaq imkanlarının artırılması və real əmək bazarına uyğun kadr hazırlığını təmin edəcək yeni strategiyaların hazırlanması əsas hədəf kimi müəyyən edilib.