TTKF tələbələr üçün yeni imkanlar yaradıb.
“Dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun Azərbaycanda da mövcud olması tələbələr üçün yeni imkanlar yaratmış oldu. Maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirən TTKF-nin insanların təhsil arzularının gerçəkləşməsinə və tələbələrin təhsilinə dəstəyi ilk günlərdən hiss olunmağa başlandı”, bu sözləri BDU-da keçirilən Karyera Festivalında TTKF-nin stendini ziyarət edən tələbələr söyləyib.
Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında Təhsil Tələbə Krediti Fondu da təmsil olunub. Festival iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 35 minə yaxın şəxsə təhsil krediti ayrılmışdır.
TTKF-dən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparıldığı da festival iştirakçılarının diqqətinə çatdırılıb.