Bratislava İqtisad Universitetində görüş.
Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri çərçivəsində Bratislava İqtisad Universitetinin prorektoru Boris Mattos, Universitetin Xarici əlaqələr departamentinin əməkdaşları Miroslava Dardanova və Diana Mydliarova ilə görüş keçirilib.
Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov TTKF haqqında məlumat verib. Qeyd edilib ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil tələbə kreditləri birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbələr şəxsi inkişaf və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Prorektor Boris Mattos Slovakiyanın ən böyük ali təhsil müəssisələrindən biri olan Bratislava İqtisad Universitetinin fəaliyyəti və gələcək planları haqqında məlumat verib. 1940-cı ildə qurulmuş bu Universitetdə hal-hazırda 7 min tələbənin daimi, 300 tələbənin isə xarici mübadilə proqramı əsasında təhsil aldığı və 500 pedoqoji heyətin fəaliyyət göstərdiyi bildirilib.
B.Mattos TTKF-nin nümayəndə heyətinin səfərini yüksək qiymətləndirərək Bratislava İqtisad Universitetinə göstərilən marağa görə təşəkkürünü bildirmişdir.