Tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
TTKF-nin də təmsil olunduğu yarmarkada 69 müəssisə tərəfindən 500-dən çox vakansiya və təcrübə proqramı təqdim olunub.
TTKF-nin stendini ziyarət edən iştirakçılara məlumat verilib ki, Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur.
Həmçinin TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib.