Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisi keçirilib.
30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Elektron İmtahanlar Korpusunda ali təhsil müəssisələrinin sərgisi keçirilib.
Sərgidə respublika ərazisində fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunub.
Sərginin əsas məqsədi abituriyentləri ixtisas seçimi öncəsi ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçimi prosesində məlumatlı qərar vermələrinə dəstək göstərməkdir.
Tədbirdə ali təhsil müəssisələri ilə yanaşı, bir sıra təşkilatlar – Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Krediti Fondu, "Abituriyent" jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalı da stendlərlə təmsil olunublar.
Sərginin açılışında çıxış edən Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçılara ali təhsil müəssisələrinə qəbul kampaniyası və ixtisas seçimi prosesinin əhəmiyyəti barədə məlumat verib. O, müsabiqədə iştirak etmək hüququ əldə etmiş abituriyentlərin qarşısında dayanan əsas məsələnin düzgün ixtisas seçimi olduğunu vurğulayıb.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları da sərgi müddətində aktiv iştirak ediblər. Onlar abituriyentlərə və valideynlərə təhsil tələbə kreditləri, onların şərtləri və müraciət prosedurları barədə ətraflı məlumat təqdim ediblər. Fondun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təhsil tələbə kreditləri üçün e-ttkf.edu.az portalı vasitəsilə müraciət dövrü 24 iyul 2025-ci il tarixindən açıq elan olunub və bu dövr semestrin sonunadək davam edəcəkdir.