Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Ağca Məmmədova və Günay Xəlilova ilə tələbələrin görüşü keçirilib.
Görüşlər gün ərzində iki dəfə baş tutub. Birinci görüş saat 11:00-da Ağca məmmədova tərəfindən, ikinci görüş isə saat 14:00-da Günay Xəlilova tərəfindən keçirilib.
Görüşlərdə təqdimatla çıxış edən Fondun əməkdaşları qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat veriblər, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.