Təhsil Tələbə Krediti Fondu ilə “Dünyagöz Azərbaycan” MMC arasında Anlaşma Memorandumu imzalanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə “Dünyagöz Azərbaycan” MMC arasında tələbələrin peşəkar inkişafına, karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumu TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov və “Dünyagöz Azərbaycan” MMC direktoru Mahmut Hazıroğlu imzalayıblar.
Əməkdaşlıq təhsil tələbə kreditlərindən yararlanan tələbələrin praktiki bilik və peşəkar bacarıqlarının artırılmasına, əmək bazarına hazırlığına dəstək göstərilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində tələbələrə Dünyagöz infrastrukturunda təcrübə keçmək və səhiyyə sahəsində real iş mühiti ilə tanış olmaq imkanının yaradılması planlaşdırılır. Həmçinin universitetlərdə birgə seminarların, maarifləndirici görüşlərin və təlimlərin təşkilinin həyata keçirilməsi nəzərdə tutulur.
Memoranduma əsasən, təhsil tələbə kreditindən yararlanan tələbələrə Dünyagöz Xəstəxanasında müayinə və tomoqrafiya xidmətləri üzrə 50 faiz, lazer əməliyyatı üzrə isə 25 faiz güzəşt tətbiq olunacaq. Bu güzəştlər həm tələbələrin təhsil aldıqları müddətdə, həm də məzun olduqdan sonra təhsil tələbə krediti üzrə güzəşt dövründə qüvvədə olacaq.