"Gələcəkdə Mən" layihəsinin ilk görüşü keçirilib
18 sentyabr tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə "Gələcəkdə Mən" layihəsinin ilk görüşü keçirilib.
Təhsil tələbə kreditindən yararlanan tələbələrin iştirak etdiyi görüşün ilk qonağı vəkil və hüquqşünas Şəbnəm Tağıyeva olub.
Görüş zamanı Şəbnəm Tağıyeva tələbələrlə 9 illik peşəkar təcrübəsini bölüşüb, xaricdə təhsil arzularının reallaşdırılması, könüllülük və təcrübə proqramlarında iştirak, beynəlxalq təcrübə imkanları, eləcə də qarşıya çıxan maneələrin aradan qaldırılması yollarından danışıb.
Qeyd edək ki, Şəbnəm Tağıyeva "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Oksford Universitetində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alıb.
Səmimi və interaktiv formatda keçirilən görüşdə tələbələr Şəbnəm Tağıyevaya suallar ünvanlayıb, xaricdə təhsil, karyera inkişafı, könüllülük və təcrübə imkanları ilə bağlı onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıblar.