"Gələcəkdə Mən" layihəsi çərçivəsində üçüncü spikerlə görüş keçirilib
Təhsil Tələbə Krediti Fondunun "Gələcəkdə Mən" layihəsi çərçivəsində tələbə və məzunlarla növbəti görüş keçirilib. Layihənin üçüncü spikeri İqtisadiyyat Nazirliyinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət olub.
"Layihələrin idarə olunmasında karyera imkanları" mövzusuna həsr olunan görüşdə davamlı öyrənmənin, əldə edilən biliklərin təcrübədə tətbiqinin peşəkar inkişafda rolu müzakirə olunub.
"Öyrənmək heç vaxt dayanmır" prinsipindən çıxış edən Türkan Vüsət bilik qazanmaqla yanaşı, həmin bilikdən necə və hansı məqsədlə istifadə ediləcəyini müəyyənləşdirməyin əhəmiyyətini vurğulayıb.
Görüşdə tələbə və məzunların sahib olduqları resursları tanıması, imkanlarını dəyərləndirməsi və öyrəndiklərini praktik bacarıqlara çevirməsi məsələlərinə də toxunulub.
İnteraktiv formatda keçirilən görüşdə təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların layihələrin idarə olunması, karyera planlaması və peşəkar inkişaf imkanları ilə bağlı sualları cavablandırılıb.