“Gələcəkdə Mən” layihəsinin dördüncü görüşü keçiriləcək
Təhsil Tələbə Krediti Fondunun “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş 30 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Layihənin dördüncü görüşündə spiker qismində Beyinix Marketinq Agentliyinin rəhbəri, təlimçi Orxan Şahbaz iştirak edəcək.
“Pul və yaradıcılıq” mövzusuna həsr olunacaq görüşdə yaradıcılığın iqtisadi dəyəri, kreativ ideyaların biznes imkanlarına çevrilməsi, yaradıcılıq və maliyyə arasında əlaqə, eləcə də bu istiqamətdə karyera və şəxsi inkişaf imkanları barədə fikir mübadiləsi aparılacaq.
Orxan Şahbaz peşəkar təcrübəsini gənclərlə bölüşərək yaradıcılıq və biznes sahəsində uğur qazanmaq üçün vacib olan yanaşmalar haqqında danışacaq.
Görüş haqqında:
Tarix: 30 oktyabr 2026-cı il
Saat: 12:00
Spiker: Orxan Şahbaz
Mövzu: “Pul və yaradıcılıq”
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat: