Gəncə, Ağdam və Ağcabədidə təqdimatlar keçirilib.
30 aprel tarixlərində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, GDU nəzdində regional kolleci, Gəncə Tibb kolleci, Ticarət və Xidmət üzrə Gəncə Dövlət peşə təhsil mərkəzi, Gəncə şəhər 39 nömrəli tam orta məktəbi, Ağdam Texnologiya kolleci, Ağcabədi Pedaqoji kolleci, ADPU-nun Ağcabədi filialı, İ.Qayıbov adına 1 nömrəli tam orta məkətəbi, Mehdizadə adına 4 nömrəli tam orta məktəbi, və Azərbaycan Dövlət Aqrar Universitetində təqdimatlar baş tutub.
Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 33 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdiriləcək.