Gəncə Dövlət Universitetində görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyəti Gəncə Dövlət Universitetində görüş keçiriblər. Görüş zamanı tələbə və məzunların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə aparılan işlər, özəl və dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib, tələbələrin təhsil haqqını ödəməsi baxımından Fondun yaradılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Prorektor təhsilin hamı üçün əlçatan olması və təhsilalanlara maddi dəstəyin göstərilməsi məqsədilə yaradılmış TTKF-in önəmini vurğulayıb.
TTKF-nin İdarə heyəti sədrinin müavini Tahir Xələfov çıxış edərək Fondun fəaliyyət istiqamətləri və təhsil kreditinin verilməsinin meyarları haqqında danışıb. T.Xələfov TTK-dan yararlanmış şəxslərin məşğulluq imkanlarının artırılması, məzunların işlə təmin olunması istiqamətində Fond tərəfindən aparılan işlər, dövlət və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verib.
Tələbə və məzunların məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək üçün təlim proqramlarına qoşulması, əmək yarmarkalarında iştirakının təmin edilməsi və regionda yerləşən sahibkarlıq subyektlərində işlə təmin olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə edilib.