TTKF "IT SkillSprint" layihəsi çərçivəsində keçirilən məzun günü və karyera sərgisində iştirak edib
Tədbirin əsas məqsədi bu layihə üzrə məzun olan gəncləri İKT sektorunun aparıcı şirkətləri ilə bir araya gətirmək, onların işəgötürənlərlə birbaşa ünsiyyətini təmin etmək, karyera və təcrübə imkanları barədə məlumatlandırmaq olub.
Karyera sərgisində iştirak edən təşkilatlar öz fəaliyyət istiqamətləri, mövcud vakansiyalar və təcrübə proqramları barədə məlumat veriblər.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları da iştirak edərək iştirakçıları təhsil tələbə kreditləri, kreditlərdən yararlanma imkanları və mövcud şərtlərlə bağlı məlumatlandırıblar.
Qeyd edək ki, "IT SkillSprint" layihəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.