Bakı Avrasiya Universitetinin tələbələri üçün "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi başa çatıb
Təhsil Tələbə Krediti Fondu Bakı Avrasiya Universitetinin Karyera və təcrübə mərkəzi ilə birgə TTKF tərəfindən başlanan "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi çərçivəsində təhsil tələbə kreditindən yararlanmış tələbələr üçün “Karyera planlaması”, “CV hazırlanma qaydaları” və “ İş müsahibəsinə hazırlıq” mövzularında görüş təşkil edib.
3 gün davam edən görüşdə gənclərə "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin məqsədi təhsil tələbə kreditindən yararlanan gənclərin əmək bazarına düzgün inteqrasiya prossesinə dəstək verməkdir.
Görüşün davamında layihəyə daxil olan istiqamətlər üzrə “Karyera planlaması”, “CV hazırlanma qaydaları” və “ İş müsahibəsinə hazırlıq” haqqında ətraflı məlumat verilib. O cümlədən, gənclər üçün interaktiv şəkildə workshop, beyin fırtınası və komanda işləri təşkil edilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.