Naxçıvan MR Kəngərli rayonunda abituriyentlər ilə görüş keçirildi.
Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda Fondun əməkdaşı Məhəmmədəli Abdin abituriyenlər ilə görüş keçirilib. Görüş Kəngərli rayonu Mədəniyyət Sarayında baş tutub. Görüşdə Təhsilin İdarəolunmasının Məlumat Sistemləri və şagird naliyyətlərinin qiymətləndirilməsi sektoru aparıcı məsləhətçi Babayeva Aygün, abituriyentlər, müəllimələr və valideynlər iştirak edib.
Fondun əməkdaşı Məhəmmədəli Abdin Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib. Məhəmmədəli Abdin qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hər kəs üçün, xüsusilə də həssas əhali qrupundan olan tələbələr üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşdə mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.