Təhsil Tələbə Krediti Fondu tərəfindən könüllülər təltif olunub
5 dekabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən Könüllü Proqramının yekunu ilə bağlı görüş keçirilib. İki ay davam edən proqram çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən ümumilikdə 25 tələbə könüllü fəaliyyətinə cəlb olunub. Onlardan 8 nəfəri Gəncə Dövlət Universitetinin tələbələri olub və proqram müddətində yüksək fəallıq nümayiş etdiriblər.
Proqram müddətində könüllülər TTKF-nin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmuş, həmçinin Fond tərəfindən təqdim olunan kredit növləri, onların şərtləri və müraciət qaydaları barədə ətraflı maarifləndirici proseslərdə iştirak etmişlər. Bu proseslər könüllülərə həm Fondun fəaliyyət mexanizmini dərindən anlamaq, həm də tələbələrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına töhfə vermək imkanı yaratmışdır.
Görüş çərçivəsində proqramda iştirak edən könüllülər öz təcrübələri, fəaliyyət müddətində qazandıqları bacarıqlar haqqında çıxış ediblər. Onlar TTKF-də könüllü fəaliyyətin onlarda şəxsi və karyera inkişafı baxımından müsbət təsir yaratdığını qeyd ediblər.
İki ay davam edən Könüllü Proqramında səmərəli fəaliyyət göstərən könüllülər, eləcə də Gəncə D