TTKF tərəfindən 5000-dən çox abituriyent və valideyn üçün maarifləndirici infosessiyalar keçirilib.
09.02.2026 – 26.02.2026-cı il tarixləri aralığında Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən həyata keçirilən növbəti təbliğat və təşviqat işləri çərçivəsində Bakının 5 rayonunda yerləşən 51 ümumi təhsil müəssisəsində 9–11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərin əsas məqsədi abituriyentləri və onların valideynlərini ali təhsil imkanları və təhsil tələbə kreditləri mexanizmi barədə ətraflı məlumatlandırmaq, eyni zamanda düzgün və vaxtında qərar vermələrinə dəstək göstərmək olub.
Keçirilən maarifləndirici infosessiyalarda Fondun təqdim etdiyi sosial və standart təhsil tələbə kreditləri haqqında geniş izahat verilib. Şagirdlərə müraciət qaydaları, tələb olunan sənədlər, elektron müraciət prosesi, kreditin təsdiqlənmə mərhələləri və geri ödəniş mexanizmi ətraflı şəkildə izah olunub. Bununla yanaşı, təhsil nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər barədə məlumatlar təqdim edilib.
Fondun əməkdaşları tərəfindən təşkil edilən görüşlərdə ümumilikdə 5000-dən çox abituriyent və valideyn iştirak edib. İnteraktiv formatda keçirilən tədbirlər zamanı iştirakçılar onları maraqlandıran sualları ünvanlayaraq ətraflı cavablar alıblar.