Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfərin ilk günündə Fondun sədri Araz Paşayev Naxçıvan Müəllimlər Universitetinin və Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Naxçıvan Dövlət Texniki Kollecinin, həmçinin Fondun şöbə müdiri Tehranağa Abdullayev Naxçıvan şəhəri və Fondun əməkdaşı Məhəmmədəli Abdin, Əli Rzayev Babək rayonunda yerləşən ümumtəhsil məktəblərinin tələbə və pedoqoji heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, 29 mart tarixinədək davam edəcək səfər çərçivəsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Dövlət Tibb Kolleci və Naxçıvan Dövlət Musiqi Kollecində, həmçinin Şərur, Kəngərli, Sədərək, Culfa, Şahbuz və Ordubad rayonlarında maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.