Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin Sədr müavini Naxçıvan Dövlət Tibb Kollecinin tələbələri ilə görüşü keçirib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Naxçıvan Dövlət Tibb Kollecinin tələbələri ilə maarifləndirici görüş keçirib. Görüşdə Naxçıvan Dövlət Tibb Kollecinin direktoru Sona Məmmədova,şöbə müdirləri,Vəfa Məmmədova,Zeynəb Əhmədova, tələbələr və müəllimələr iştirak edib.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib.
Tədbirdə tələbələr tərəfindən verilən suallar cavablandırılıb və geniş müzakirələr aparılıb. Bəhruz Əzimov Fondun fəaliyyətinin əsas məqsədinin təhsildə əlçatanlığın təmin olunması, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarət olduğunu vurğulayıb.