Təhsil Tələbə Krediti Fondunun Naxçıvan Muxtar Respublikasındakı görüşləri davam edir
7 aprel tarixində Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində görüş keçirdi. Görüşdə iştirak edən təhsil naziri Elxan Nəcəfov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Naxçıvan gənclərinin bu təhsil tələbə kreditlərindən fəal yararlandığını vurğuladı. Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov Muxtar Respublikaya münasibətdə Fondun statistik göstəriciləri haqda məlumat verdi, təhsil tələbə kreditlərinə müraciətlərin təşviqi ilə bağlı birgə səylərin davam etməsinin vacibliyini vurğuladı.
8 aprel tarixində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarının peşə və ümumi təhsil müəssisələrini təmsil edən 300-ə yaxın tələbə, abituriyent-şagird və rəhbər-pedaqoji heyətin iştirakı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görüş keçirildi. Təhsil Nazirliyi Aparatının rəhbəri Şikar Hüseynov çıxışında Fondun rəhbərliyi və əməkdaşlarının Naxçıvana səfərini yüksək qiymətləndirdi, iştirakçıları görüşün sual-cavab hissəsində aktiv olmağa dəvət etdi. Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov geniş çıxış edərək Muxtar Respublikanın xüsusilə aztəminatlı ailələrini təmsil edən abituriyentlərin növbəti təhsil pilləsində məhz arzu etdikləri ixtisas üzrə davam etməsində Fondun vasaitlərindən istifadəsinin vacibliyini qeyd etdi. Fondun əməkdaşı Məhəmmədəli Abidin təhsil tələbə kreditlərinə müraciət, istifadə və geri qaytarılması üzrə qanunvericiliyin tələbləri barədə təqdimatla çıxış etdi və auditoriyanın suallarını cavablandırdı.