Texniki peşə təhsili səviyyəsinə qəbul olan tələbələrə şad xəbər!
20 Oktyabr 2023-cü il tarixdə Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilmişdir.
Şuranın iclası zamanı qaydalara dəyişikliklərin edilməsi ilə bağlı Fond tərəfdən bir sıra təkliflər səsləndirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda qeyd olunur ki, Standart TTK almaq üçün birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın qəbul edilən minimal həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir.
Birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində Standart TTK-ya müraciət edənlərə attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının minimal həddi 3 bal olaraq müəyyən edilmişdir