Növbəti görüş Peşə təhsili müəssisələrinin məsul şəxsləri ilə keçirilib.
Təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu və təsdiqi zamanı operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə peşə təhsili müəssisələrinin məsul şəxsləri ilə görüş keçirilib.
17 yanvar tarixində Təhsil Tələbə Krediti Fondunun təşəbbüsü ilə keçirilən görüşdə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin məsul şəxsləri iştirak ediblər. TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşları tərəfindən Fondun əsas məqsədləri, kreditlərin növləri, kredit almaq üçün tələb olunan şərtlər və geri qaytarılması, TTKF-nin elektron portalının iş mexanizmləri və yeniliklər haqqında məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fonduna ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) və orta ixtisas təhsili pilləsi ilə yanaşı, peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər də müraciət edərək, təhsil haqlarının Fond tərəfindən qarşılanmasına nail ola bilərlər. Tədbir iştirakçılarına Fondun təhsilə əlçatanlığın təmin edilməsi, təhsil almaqda bərabər imkanlar yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş şəkildə məlumat verilmiş, maddi çətinliklər ilə üzləşən tələbələrin TTK-dan yararlanması üçün təbliğat və təşviqat işlərinin artırılması, bundan sonrakı dövr ərzində də qarşıda duran hədəflər və öhdəliklər istiqamətində fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində müraciətlərin qəbulu və təsdiqi zamanı ötən dövr ərzində qarşıya çıxmış çətinliklər ətraflı müzakirə olunmuş, rəy və təkliflər dinlənilmiş, görüş iştirakçılarının sualları cavablandırılmışdır.