Təhsil Tələbə Krediti Fondu tərəfindən Pirallahı rayonunda yerləşən tam orta məktəblərdə maarifləndirici görüşlər keçirilib.
Təhsil Tələbə Krediti Fondu tərəfindən Pirallahı rayonu ərazisində yerləşən 168, 231, 235 və 243 nömrəli tam orta məktəblərdə 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin əsas məqsədi təhsil imkanlarının genişləndirilməsi, dövlətin təhsilə göstərdiyi dəstək və TTKF-nin təqdim etdiyi maliyyə mexanizmlərinin şagirdlərə izah edilməsidir.
Görüşlərdə TTKF-nin nümayəndələri təhsil tələbə kreditlərinin şagirdlərin gələcək təhsil planlarına necə dəstək ola biləcəyi, kreditlərin verilməsi qaydaları və Fondun fəaliyyəti barədə ətraflı məlumat veriblər. Bu kreditlər ali təhsil (bakalavriat və magistratura səviyyələri, rezidentura), orta və peşə təhsili (texniki və yüksək peşə təhsili səviyyələri) almaq istəyən gənclərə maliyyə dəstəyi göstərməyi hədəfləyir.
Maddi çətinliklərlə üzləşən gənclər bu kreditlərdən istifadə edərək təhsil alaraq, ölkənin ən qiymətli resursu olan insan kapitalının inkişafına töhfə verə bilərlər. Bu kreditlər yalnız təhsil üçün maliyyə dəstəyi təmin etməklə qalmır, eyni zamanda gənclərin əmək bazarına daxil olmasında mühüm rol oynayır. Təhsil almış, peşəkar bacarıqlara sahib gənclər ölkənin iqtisadi inkişafına töhfə verə biləcək işçi qüvvəsi təşkil edəcəklər.
Görüşlərdə şagirdlərə ali təhsil müəssisələrinə qəbul zamanı mövcud güzəştlər və təhsil krediti imkanları barədə suallarını ünvanlamaq imkanı da yaradılıb. Onlara təhsil müddətində kreditlərin ödənilmə qaydaları, faizsiz və güzəştli kredit şərtləri barədə ətraflı məlumat verilib.
Görüşlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və şagirdlərə öz gələcək təhsil planlarını qurmaq üçün vacib məlumatlar təqdim edilib. Bu cür təşəbbüslərin davamlı olması, Azərbaycan gənclərinin mövcud imkanlardan faydalanmasına şərait yaradacaq.