Bu gün Bakının Sabunçu rayonunda yerləşən 67, 130, 209, 252 və 311 nömrəli tam orta məktəblərdə növbəti təbliğat və təşviqat görüşləri təşkil olunub.
Görüşlərdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tərəfindən 9-11 sinif şagirdlərinə təhsil tələbə kreditinin növləri, kreditlərə müraciət qaydaları və geri ödəniş şərtləri barədə ətraflı məlumat verilmiş, o cümlədən güzəştli şərtlərlə təhsilalma imkanları vurğulanmışdır.
Məlum olduğu üzrə, təhsil tələbə kreditləri ödənişli təhsil sahəsində təhsilin bütün pillələrini əhatə edən bir maliyyə dəstəyidir. Bu kreditlər, tələbələrin ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, həmçinin orta ixtisas təhsili və peşə təhsili (texniki peşə və yüksək texniki peşə təhsili) səviyyələrində təhsil almalarını dəstəkləyir. Təhsil tələbə kreditləri əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulur. Təhsil kreditləri tələbələrin normativ təhsil müddətində, əyani formada və ödənişli əsaslarla təhsil aldıqları halda verilir. Və beləcə kreditlər ödənişli təhsilin maliyyə yükünü azaldır və təhsilalanlara əlavə maliyyə imkanları təqdim edir.
Təşkil olunan görüşdə, həmçinin, şagirdlərə təhsil tələbə krediti müraciətinin necə asanlıqla həyata keçirilməsi və kreditlərin onlara necə kömək edə biləcəyi barədə ətraflı məlumat verilib. Əsas məqsəd, hər bir şagirdin təhsilini davam etdirmək və öz gələcəyini daha parlaq etmək üçün bu fürsətdən yararlanmasına dəstək olmaqdır.
Görüşün sonunda iştirakçıların Fond haqqında verdikləri sualları cavablandırılıb, həmçinin onların təklifləri dinlənilib. TTKF haqqında daha geniş məlumatlılığın əldə olunması məqsədilə şagirdlərə TTKF-nin bukletləri paylanılıb. Bu cür görüşlərin şagirdlərin 9 və ya 11 illik təhsil müddətindən sonrakı təhsil həyatına keçidində onlara lazımlı dəstəyi təmin etmək və təhsil tələbə kreditindən faydalanmalarını təmin etmək məqsədini daşıyır.