TTKF “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”də təmsil olunub.
Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”də Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Ayaz Mustafayev iştirak edib. HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə baş tutan tədbir universitet–sənaye əməkdaşlığının inkişafı, startap layihələrinin dəstəklənməsi və gənclərin karyera imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Sammit çərçivəsində dövlət qurumları, aparıcı şirkətlər və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən əməkdaşlıq imkanları, innovativ yanaşmalar və insan kapitalının inkişafı istiqamətində müzakirələr aparılıb.