Turizm və hotelçilik sahəsində təhsilalanların məşğulluq imkanlarının artırılması müzakirə olunub.
10 iyul tarixində Təhsil Tələbə Krediti Fondunda Şahdağ Turizm Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə turizm və hotelçilik sahəsində təhsil alan tələbələrin və məzunların öz ixtisasları üzrə işlə təmin olunması, onların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdə TTK-dan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində birgə səylərin artırılmasının vacibliyi vurğulanıb. Xüsusilə regionlarda yaşayan tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması razılaşdırılıb.