Naxçıvan MR Şərur rayonunda abtiruyentlər və valideynlər ilə maarifləndirici görüş keçirildi.
Naxçıvan MR Şərur rayonunda yerləşən Mədəniyyət Sarayında Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev abituriyentlər və valideynlər ilə maarifləndirici görüş keçirib. Görüşdə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Tədris-innovasiya sektorunun müdiri Ayşən Əsgərova,Şərur Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev, Şərur RTŞ-nin və Fizika-riyaziyyat təmayüllü liseyinin abituriyentləri, müəllimlər və valideynlər iştirak edib.
İlk öncə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Tədris-innovasiya sektorunun müdiri Ayşən Əsgərova tədbir iştirakçılarını salamlayıb və Fondun faydaları haqqında qısa məlumat verib. Daha sonra Fondun Şöbə müdiri Tehranağa Abdullayev Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.