Slovakiyanın Tələbə Dəstək Fondu ilə görüş keçirilib.
Təhsil tələbə kreditlərinin daha əlçatan olması və əhatə dairəsinin genişləndirilməsi üçün Fond tərəfindən aparılan təhlillərin davam etdirilməsi və beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə TTKF-nin nümayəndə heyəti xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində Fondun məsul şəxsləri ilə Slovakiyanın Tələbə Dəstək Fondunun (Student Support Fund) rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin fəaliyyəti, təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları, güzəştlər və s. haqqında qarşı tərəfə ətraflı məlumat verilmişdir. Səmimi qəbula görə təşəkkür edən Fondun İdarə Heyətinin sədr müavini Tahir Xələfov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün unikal imkan olduğunu, Fonddan yararlanan şəxslərin sayının hər il artdığını, həmçinin akademik göstəriciləri yüksək olan tələbələrin güzəştlərdən yararlandığını bildirmişdir.
Slovakiyanın Tələbə Dəstək Fondunun direktoru İgor Hianik öz növbəsində TTKF-nin nümayəndə heyətinin səfərini yüksək qiymətləndirərək rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermişdir. O, təcrübə mübadiləsi və yeniliklərin tətbiqi baxımından bu cür səfərlərin mühüm imkan olduğunu xüsusi qeyd etmişdir.
Görüş Slovakiya və Azərbaycanda təhsil kreditlərinin müqayisəli təhlili və tərəflərin suallarının cavablandırılması ilə davam etmişdir.