Slovakiyanın ən böyük Universitetində görüş baş tutub
Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri çərçivəsində Kamenski Universitetində görüş keçirilib.
Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov TTKF-nin fəaliyyəti, əldə olunmuş nəticələr haqqında məlumat verib. Qeyd olunub ki, təhsilə əlçatanlığı təmin etmək və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə fəaliyyət göstərən Fonda 3 il ərzində 55 mindən çox müraciət daxil olmuş, 44 minə yaxın TTK müqaviləsi rəsmiləşdirilmişdir.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil tələbə kreditləri birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbələr şəxsi inkişaf və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Martin Povazan Slovakiyanın ən böyük ali təhsil müəssisəsi olan Kamenski Universitetinin fəaliyyəti və gələcək planları haqqında məlumat verib. 1919-cu ildə qurulmuş bu Universitetdə hal-hazırda 13 fakültənin mövcud olduğunu və 30 minə yaxın tələbənin təhsil aldığını diqqətə çatdırıb. M.Povazan TTKF-nin nümayəndə heyətinin səfərini yüksək qiymətləndirərək Kamenski Universitetinə göstərilən marağa görə təşəkkürünü bildirmişdir.