Təhsil Tələbə Krediti Fondu və Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla başa çatdı!
Təhsil Tələbə Krediti Fondu və Bakı Slavyan Universitetinin Karyera Xidməti Şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilən “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla yekunlaşıb. İki günlük təşkil edilən bu layihənin əsas məqsədi tələbələrin yumşaq bacarıqlara yiyələnməsinə dəstək vermək, tələbələri əmək bazarının tələblərinə uyğun şəkildə hazırlamaq və onların peşəkar inkişafına töhfə vermək idi.
Layihənin ilk iki günü tələbələrə çox önəmli bacarıqlar qazandırıb. İlk günün "Liderlik və komanda işi" təlimində tələbələr liderlik və komanda qurma prinsipini öyrənərək, komandadaxili ünsiyyətin və effektiv qərarvermə proseslərinin əhəmiyyətini müzakirə ediblər. Bununla yanaşı, konfliktlərin idarə olunması mövzusu da xüsusi diqqətə alınıb, beləliklə tələbələr komanda daxilində qarşılaşdıqları çətinlikləri necə həll edə biləcəklərini öyrəniblər.
İkinci günün "Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi" təlimi isə tələbələrə məhsuldarlığı artırmağa yönəlmiş vacib bacarıqları qazandırıb. Burada prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtın səmərəli idarə edilməsi mövzuları üzərində dayanılıb, tələbələrə bu bacarıqların necə gündəlik həyatlarında və karyeralarında uğur qazanmalarına kömək edəcəyi izah edilib.
Təlim interaktiv üsullarla aparılıb, iştirakçılar fərdi və qrup tapşırıqları üzərində işləyərək öyrəndiklərini praktik şəkildə tətbiq ediblər.
Təlimin yekun mərhələsində proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Bu cür layihələr tələbələrin təkcə nəzəri biliklərə deyil, həm də əmək bazarında uğur qazanmaq üçün vacib olan yumşaq bacarıqlara yiyələnməsinə kömək edir və tələbələrin müxtəlif sahələrdə praktik təcrübə qazanmasını, onların iş həyatına hazırlığını gücləndirməsini və gələcəkdə daha müvəffəqiyyətli karyera qurmasını təmin etməyə çalışır.