Təhsil Tələbə Krediti Fondu Suraxanı rayon məktəblərində maarifləndirici görüşlər keçirdi.
Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilən təbliğat və təşviqat işləri çərçivəsində Bakının Suraxanı rayonunda yerləşən bir sıra məktəblərdə görüşlər təşkil edilib. Görüşlərdə 87, 104, 114, 275 və 280 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlərin əsas məqsədi TTKF-nin təqdim etdiyi imkanlar barədə şagirdləri məlumatlandırmaq, onların ali təhsil almaq şanslarını genişləndirmək və təhsil kreditlərindən düzgün istifadə yollarını izah etmək olub. Tədbir zamanı Fondun fəaliyyəti, kreditlərin verilmə şərtləri, geri ödəniş mexanizmi və tələbələr üçün yaradılan güzəştlər ətraflı şəkildə şagirdlərə izah edilib.
Şagirdlərə, xüsusilə, sosial həssas qruplardan olan tələbələr üçün nəzərdə tutulan güzəştli kreditlər, illik faiz dərəcələrinin aşağı olması və təhsil aldıqları müddətdə ödənişsiz dövr tətbiq olunması barədə geniş məlumat verilib. Bununla yanaşı, Fondun məqsədinin heç bir gəncin maliyyə çətinlikləri səbəbindən ali təhsil almaq imkanından məhrum olmaması olduğu vurğulanıb.
Tədbir interaktiv şəkildə təşkil olunub və şagirdlərin aktiv iştirakı ilə yadda qalıb. Onlar TTKF-nin fəaliyyətinə dair müxtəlif suallar verib, təhsil kreditlərindən istifadə qaydaları və geri ödəmə şərtləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin görüş zamanı kreditin alınması prosesini asanlaşdırmaq üçün tələb olunan sənədlər, müraciət qaydaları izah olunub.
Məktəb rəhbərləri və müəllimlər də görüşdə iştirak edərək, təhsil kreditlərinin şagirdlər üçün vacibliyini qeyd ediblər. Onlar bu cür maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar və Fondun fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonda iştirakçılara TTKF-yə məxsus bukletlər təqdim edilib, eyni zamanda, ətraflı məlumat üçün Fondun sosial media hesablarını izləmək tövsiyə olunub. Bu kimi görüşlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.