25 000-ci təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirildi
17 iyun 2021-ci ildə cənab prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı ailələrindən olan üzvlərinin təhsilə çıxış imkanlarını artırmaqdan ibarət idi. 21 noyabr 2021-ci ildə Fond fəaliyyətə başladı və artıq beşinci semestr, üçüncü tədris ilidir ki, tələbələrə təhsil haqqı xərclərini ödəməkdə yardım edir.
Hər növbəti semestr kreditə müraciət edən tələbələrin sayı artan tendensiya ilə davam etməkdədir.
27 oktyabr 2023-cü il tarixində Fond tərəfindən rəsmiləşdirilmiş kredit müqaviləsi sayı 25 minə çatdı.
Rəsmiləşdirilmiş 25 min TTK həm də 2022-2026-cı illərdə sosial-iqtisadi strategiyada nəzərdə tutulmuş indikator üzrə ilkin nəticə üçün təsdiqlənmiş rəqəmdir.
Rəsmiləşdirilmiş 25 mininci kredit müqaviləsi isə Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Jalə Rəhimliyə təsadüf etdi. Fond rəhbərliyi tərəfindən tələbəmizə simvolik hədiyyə və təşəkkürnamə təqdim edildi.
Rəsmiləşdirilmiş 25 min kredit müqaviləsi üzrə bəzi statistikalara nəzər salsaq:
1. 2021-2022 tədris ilinin birinci semestrində 11.58% ;
2. 2021-2022 tədris ilinin ikinci semestrində 15.64% ;
3. 2022-2023 tədris ilinin birinci semestrində 23.97% ;
4. 2022-2023 tədris ilinin ikinci semestrində 26.87% ;
5. 2023-2024 tədris ilinin birinci semestrində 21.95% təşkil edir.
2023/2024 tədris ilinin birinci semestri üçün müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcək.
Ümumilikdə krediti rəsmiləşdirilən tələbələrin 72.47%-i bakalavr, 23.64%-i magistr və 3.88%-i isə orta ixtisas təhsil səviyyələrində təhsil alan tələbələrdir.
Rəsmiləşdirilən kreditlərin 36.12%-i sosial, 63.88%-i isə standart təhsil tələbə kreditidir.
Fondun yaradılmasında əsas məqsədlərdən biri də qızların təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq və onların təhsilsiz qalmamalarını təmin etməkdən ibarət idi. Rəsmiləşdirilmiş kredit müraciətlərinə baxdığımız zaman görürük ki, 41.73% kişi, 58.27% isə qadın tələbələrdir. Bu isə öz növbəsində sevindirici amildir və bu göstəricini “qızların təhsilə çıxış imkanlarını təmin etmək” hədəfi uğrunda görülən işlərin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Təhsil müəssisələri üzrə rəsmiləşdirilən kredit müraciətlərinin sayına görə ilk beşlik aşağıdakı kimidir:
1. Azərbaycan Dövlət İqtisad Universiteti – 7.03%;
2. Gəncə Dövlət Universiteti – 6.10%;
3. Azərbaycan Texniki Universiteti – 5.37%;
4. Bakı Dövlət Universiteti – 5.01%;
5. Lənkəran Dövlət Universiteti – 3.99%.
Fond 2023-cü il üçün qarşısına qoyulan hədəfə çatdı və 25 min kredit müqaviləsinin rəsmiləşdirilməsini həyata keçirdi. Bundan sonra da daha güclü motivasiya ilə çalışacağıq və tələbələrə təhsil haqqı xərclərini ödəməkdə dəstək olmağa davam edəcəyik.