TTKF “TəhsildəSƏN-3” Forumunda təmsil olunub.
6 oktyabr tarixində Nizami Kino Mərkəzində “TəhsildəSƏN-3” Forumu keçirilib. Forumda müasir təhsil istiqamətləri və tələblər, təhsildə innovativlik, inkluziv cəmiyyət, şəxsi inkişafa dəstək, təhsildə psixoloji xidmət və digər mühüm mövzular ətrafında spikerlərin təqdimatları dinlənilib.
TTKF-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Bəhruz Əzimov Fondun fəaliyyəti, məqsədləri və əldə olunmuş nəticələrdən bəhs edib. Bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. “Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir”.
Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil tələbə kreditləri birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə, bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Forum çərçivəsində həmçinin təhsil müəssisələrinin sərgisi də təşkil olunub. TTKF-in stendini ziyarət edən qonaqlara Fondun əməkdaşları tərəfindən təhsil tələbə kreditləri haqqında ətraflı məlumat təqdim olunub, onların sualları cavablandırılıb.