Təhsil Tələbə Krediti Fondu Bakı və regionlarda təbliğat-təşviqat görüşlərinə başlayıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026/2027-ci tədris ili üzrə tələbələri kredit imkanları və müraciət qaydaları barədə məlumatlandırmaq məqsədilə təbliğat-təşviqat görüşlərinə başlayıb. Oktyabrın 5-də başlayan görüşlər ayın 30-dək Bakı şəhərində və regionlarda yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrini əhatə edəcək.
Bu çərçivədə Bakıda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Kooperasiya Universitetində, həmçinin Lənkəran, Astara, Masallı, Cəlilabad, Tovuz və Qazaxda yerləşən təhsil müəssisələrində görüşlər keçirilib.
Görüşlərdə Fondun əməkdaşları tərəfindən sosial və standart növ təhsil tələbə kreditlərinin şərtləri, müraciət prosesi, güzəştlər və geriödəmə qaydaları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müraciət zamanı diqqət yetirilməli məqamlara aydınlıq gətirilib.