Azərbaycan Tibb Universiteti ilə Memorandum imzalanıb.
7 iyun tarixində Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Fondun yaradılmasını ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu bildirən rektor, imzalanmış Memorandumun TTKF ilə ATU arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyini bildirmişdir.
TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, bu günə kimi Fondun yaratdığı imkanlardan 37 minə yaxın şəxs yararlanaraq təhsil haqlarının TTKF tərəfindən qarşılanmasına nail olmuşdur. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.