Təhsil Tələbə Krediti Fondu və “İnternational Medical Center Bakı” QSC arasında memorandum imzalanıb.
Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur. Növbəti belə əməkdaşlıq “İnternational Medical Center Bakı” QSC ilə başlamışdır.
5 mart tarixində Təhsil Tələbə Krediti Fondu və “İnternational Medical Center Bakı” QSC arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev və “International Medical Center Bakı” QSC-nin baş həkimi Kamal Quliyev iştirak edib.
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.