TTKF Bakı və regionlarda təbliğat-təşviqat görüşlərini davam etdirir
Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026/2027-ci tədris ili üzrə tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığını artırmaq məqsədilə Bakı və regionlarda təbliğat-təşviqat xarakterli görüşlərini davam etdirir.
Oktyabrın 12–16-da Bakı şəhərində Azərbaycan Texniki Universitetində, həmçinin Saatlı, Sabirabad, İmişli, Şirvan, Biləsuvar, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Şamaxı və İsmayıllıda yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrində görüşlər keçirilib.
Görüşlərdə tələbələrə Fondun nümayəndələri tərəfindən sosial və standart növ təhsil tələbə kreditlərinin şərtləri, müraciət mərhələləri, kreditlərin rəsmiləşdirilməsi və geriödəmə qaydaları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüşlərdə tələbələrin sualları cavablandırılıb.