Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir
Təhsil Tələbə Krediti Fondunda vətəndaşların müraciət prosesində qarşılaşdıqları sualları cavablandırmaq və onlara operativ dəstək göstərmək məqsədilə yaradılmış yardım masası fəaliyyətini davam etdirir.
İndiyədək 200-dən çox vətəndaş yardım masasına müraciət edib. Onlardan 80 nəfərin müraciəti uğurla göndərilib. Bu statistika göstərir ki, yardım masası müraciətçilərə vaxtında və effektiv xidmət göstərməkdə mühüm rol oynayır. Fond vətəndaşlara müraciət zamanı yaranan bütün suallarla bağlı yardım masasına yaxınlaşmağı tövsiyə edir. Burada vətəndaşlara müraciətlərin düzgün doldurulması və prosesin izlənməsi ilə bağlı zəruri izahlar verilir.