Təhsil Tələbə Krediti Fondu – 3 il bir başlanğıcdır.
“Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri.
Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilin inkişafı prioritet sahələrdən birinə çevrildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsil sistemində yeni bir dövr başladı. Heydər Əliyevin “Azərbaycan Respublikasında Təhsil sisteminin Təkmilləşdirilməsi haqqında” 13 iyul 2000-ci il tarixli Fərmanı Azərbaycanda təhsilin inkişafında və təkmilləşməsində yeni bir mərhələnin başlanğıcı oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin uzaqgörən siyasətini uğurla davam etdirərək, təhsili cəmiyyətin inkişaf etdirilməsində aktual bir sahə kimi daim diqqətdə saxlayır, təhsilin inkişafı naminə ciddi problemlərin həllinə yönələn tədbirlər həyata keçirir. Son illər ərzində təhsil sahəsində həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qəbul edilən dövlət proqramları bunun bariz nümunəsidir.
Ölkə başçısının təhsilin inkişafına diqqət və qayğısının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə “Təhsil Tələbə Krediti Fondu” yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edildi. Bu qaydalara əsasən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən (TTK) yararlana bilirlər.
Bu gün TTKF-nin yaranmasından 3 il ötür. Məhz 3 il bundan əvvəl, ölkə başçısının Fərmanı ilə tələbələrin və tələbə olmaq arzusunda olanların həyatında mühüm dönüş nöqtəsi oldu. Məhz bu Fərmanla həm tələbələri, həm də onların valideynlərini qayğılandıran əsas məsələlərdən biri olan təhsil haqqı problemi kökündən həll olundu. Bu, özünü əldə olunmuş nəticələrdə də göstərir.
Belə ki, bu 3 il ərzində Fonda məxsus elektron sistemə 46 mindən bir qədər çox tələbə müraciəti daxil olmuş, bunlardan 37 minə yaxın müraciətə müsbət cavab verilmiş və təhsil tələbə krediti rəsmiləşdirilmişdir. Beləliklə müraciət edənlərin 80%-i TTK ilə təmin olunmuşdur. Başqa sözlə ifadə etsək, Fonda müraciət edən hər 10 nəfərdən 8-i təhsil tələbə kreditindən yararlanmışdır. Bununla da Fond, 37 minə yaxın tələbə üçün təhsili daha da əlçatan etməyə, təhsilin əhatə dairəsini genişləndirməyə və təhsil almaqda bərabər imkanlar yaratmağa nail olub.
Təhsil Tələbə Krediti Fondunun imkanları bununla məhdudlaşmır. Fond daha çox şəxsin təhsil almaq, ölkəmizə layiqli vətəndaş kimi yetişməsinə, yüksək ixtisaslı kadr kimi formalaşmasına dəstək olmaq üçün fəaliyyətini bu gün də davam etdirir.
3 il ərzində əldə olunan nəticələr onu deməyə əsas verir ki, bu bir başlanğıcdır. Biz bundan sonra da daha da böyük əzmlə çalışaraq, dəyərli tələbələrimizi təhsil haqqı kimi mühüm bir qayğıdan azad etməklə, onlara şəxsi inkişafı və biliklərinin artırmasına fokuslanmaq imkanı yaratmağa hazırıq. Bu məqsədlə dövlətimizin tələbələr üçün yaratdığı bu unikal imkandan daha çox şəxsin yararlanmasına nail olmaq və TTKF-nin əhatə dairəsini genişləndirmək üçün Fond tərəfindən mütəmadi təbliğat və təşviqat işləri aparılır.
Bu əlamatdar gün münasibətilə təhsil ictimaiyyətini və təhsil tələbə kreditindən yararlanmış şəxsləri, həmçinin TTKF-nin əməkdaşlarını Fondun təsis olunmasının 3 ili münasibətilə ürəkdən təbrik edir, ölkəmizdə təhsilin inkişafı naminə fəaliyyətimizdə hər birimizə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Araz Paşayev
TTKF İdarə heyətinin sədri