Təhsil Tələbə Krediti Fondu ADA Universitetinin "Açıq Qapı" günlərində iştirak edib
5–7 avqust tarixlərində ADA Universitetində abituriyentlər və valideynlər üçün təşkil olunan "Açıq Qapı" günləri keçirilib. Təhsil Tələbə Krediti Fondu da tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Fondun nümayəndələri iştirakçılara təhsil tələbə kreditinin verilmə şərtləri, sosial və standart növ təhsil tələbə kreditləri, təhsil tələbə krediti mexanizmi, eləcə də müraciət prosesi barədə ətraflı məlumat veriblər.
Görüş zamanı abituriyentlərin və valideynlərin sualları cavablandırılıb, təhsil tələbə kreditinin ali təhsilə əlçatanlığın artırılmasına verdiyi töhfə və tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.