Təhsil Tələbə Krediti Fondu könüllüləri təltif edib
23 oktyabr tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən Könüllü Proqramının yekununa həsr olunmuş görüş keçirilib.
Proqram çərçivəsində ali təhsil müəssisələrini təmsil edən tələbələr könüllü fəaliyyətə cəlb olunublar.
Proqram müddətində könüllülər TTKF-nin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, Fond tərəfindən təqdim olunan təhsil tələbə kreditlərinin növləri, şərtləri və müraciət qaydaları barədə maarifləndirmə prosesində iştirak ediblər. Bununla yanaşı, Fondun Yardım Masasına müraciət edən vətəndaşlara operativ dəstək göstəriblər.
Görüş zamanı könüllülər proqram çərçivəsində əldə etdikləri təəssüratları bölüşüb, sonda isə fəallıqlarına və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif olunublar.