Təhsil Tələbə Krediti Fondu Xəzər rayonunda məktəblilərlə görüşlər keçirdi.
Bu gün Təhsil Tələbə Krediti Fondu tərəfindən Xəzər rayonu ərazisində yerləşən 92, 123, 149, 156 və 183 nömrəli tam orta məktəblərdə 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib. Təbliğat və təşviqat işləri çərçivəsində təşkil edilən görüşlər təhsil imkanlarının əhatə dairəsinin genişləndirilməsi, dövlət tərəfindən təhsilə göstərilən dəstək və TTKF-nin təqdim etdiyi maliyyə mexanizmlərinin şagirdlərə izah edilməsi məqsədilə təşkil olunub.
Görüş zamanı Fondun nümayəndələri TTKF-nin əsas fəaliyyəti, təhsil tələbə kreditlərinin verilməsi qaydaları və bu kreditlərin şagirdlərin gələcək təhsil planlarına necə dəstək ola biləcəyi barədə ətraflı məlumat veriblər. Keçirilən görüşlərdə əsas məqsəd Fondun ali (bakalavriat və magistratura səviyyələri (rezidentura), orta və peşə təhsili (texniki peşə və yüksək peşə təhsili səviyyələri) müəssisələrində təhsil almaq istəyən gənclərə maliyyə dəstəyi göstərməkdir. Belə ki, maddi çətinliklər səbəbindən təhsildən kənarda qalmaq riski ilə üzləşən gənclər bu kreditlərdən istifadə edərək təhsil almaq və gələcəkdə ölkənin ən qiymətli resursu olan insan kapitalının inkişaf etdirilməsində fəal iştirak etmək imkanı əldə edirlər.
Bu təhsil kreditlərinin gələcəkdəki təsiri daha genişdir. Kreditlər, yalnız təhsil üçün maliyyə dəstəyi təmin etməklə qalmır, eyni zamanda gənclərə əmək bazarına daxil olmaqda mühüm rol oynayır. Təhsil almış, yetkinləşmiş və peşəkar bacarıqlara sahib olan gənclər ölkənin iqtisadi inkişafına töhfə verə biləcək mühüm işçi qüvvəsi təşkil edəcəklər. Bu kreditlər həmçinin gənclərin peşəkar həyatda qarşılaşdıqları çətinlikləri aşmalarına kömək edəcək, onların gələcəkdə öz sahələrində rəqabətə davamlı olmalarına şərait yaradacaq.
Görüşdə şagirdlərə ali təhsil müəssisələrinə qəbul zamanı mövcud güzəştlər və təhsil krediti imkanları barədə suallarını ünvanlamaq imkanı da yaradılıb. Onlara təhsil aldıqları müddətdə kreditlərin ödənilmə qaydaları, faizsiz və güzəştli kredit şərtləri barədə geniş məlumat verilib.
Görüşlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərə öz gələcək təhsil planlarını qurmaq üçün vacib məlumatlar təqdim edilib. Görüş zamanı təhsil tələbə krediti imkanları haqqında şagirdlərin məlumatlandırılması və onların suallarının cavablandırılması vacib məqamlar sırasında idi. Bu cür təşəbbüslərin davamlı olması, Azərbaycan gəncinin mövcud dövrdə mümkün imkanlardan faydalanmasına şərait yaradacaq.