“Yumşaq bacarıqlarla əmək bazarına addımla” adlı layihəsi uğurla həyata keçirildi.
30 aprel 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə “Yumşaq bacarıqlarla əmək bazarına addımla” adlı layihəsi uğurla həyata keçirildi. Layihədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), UNEC-in nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kolleci və Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin iştirakı ilə iki günlük təlim proqramı keçirildi. Layihə təhsil tələbə kreditlərindən faydalanan tələbələr üçün nəzərdə tutulmuşdur.
Layihənin əsas məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətini artırmaq, onları yumşaq bacarıqlarla (soft skills) təchiz etmək və şəxsi inkişaflarına dəstək göstərmək oldu. Müasir əmək bazarında yalnız texniki biliklər kifayət etmir – liderlik, komanda işi, zamanın düzgün idarə edilməsi kimi bacarıqlar işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir.
Keçirilən təlimlər “Liderlik və komanda işi” və “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” mövzularını əhatə etmişdir.
Təlimin birinci günü tələbələr liderlik anlayışı, komanda işi və effektiv əməkdaşlıq prinsipləri barədə nəzəri və praktiki biliklər əldə etdilər. İkinci gün isə məqsəd müəyyənetmə, vaxtın düzgün idarə olunması və problemlərin səmərəli həlli mövzuları üzrə təlimlər təşkil olundu. Sessiyalar interaktiv və təcrübi formatda keçirilərək iştirakçıların praktiki biliklər qazanmasına imkan yaratdı.
Təlimləri uğurla başa vuran tələbələrə sonda sertifikat təqdim olundu. İştirakçılar layihənin onların gələcək karyera planlarında mühüm rol oynayacağını, fərdi bacarıqlarını inkişaf etdirdiyini və onlara yeni motivasiya qazandırdığını qeyd etdilər.
Ümumilikdə, bu layihə gənclər üçün əhəmiyyətli bir fürsət olaraq, onların şəxsi və peşəkar inkişafına töhfə vermək, eləcə də əmək bazarının tələblərinə uyğun hazırlanmalarına dəstək göstərmək məqsədi daşımışdır.