TTKF və ADMİU-nun birgə tələbələri üçün əşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi müvəffəqiyyətlə başa çatıb.
Bu layihə, tələbələrin əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnmələrinə dəstək vermək, onların peşəkar inkişafını gücləndirmək məqsədi daşıyıb.
İki gün ərzində keçirilən təlimlər tələbələrə çox vacib bacarıqlar qazandırıb. İlk günün təlimi “Liderlik və komanda işi” mövzusunda olub və burada iştirakçılar, komanda qurma və liderlik prinsiplərini öyrənərək, komandadaxili ünsiyyətin və effektiv qərar qəbul etmə proseslərinin vacibliyini müzakirə ediblər. Həmçinin, konfliktlərin idarə olunması mövzusu da ətraflı şəkildə izah edilib, tələbələrə komanda daxilində qarşılaşdıqları çətinlikləri necə aradan qaldıra biləcəkləri göstərilib.
İkinci günün təlimi isə “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” mövzusuna həsr olunub. Burada iştirakçılar məhsuldarlığı artırmağa yönəlik əsas bacarıqları mənimsəyiblər. Prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtın effektiv idarə edilməsi, tələbələrə gündəlik həyatlarında və gələcək karyeralarında uğur qazanmaq üçün vacib bacarıqlar kimi təqdim olunub. Təlimlər interaktiv üsullarla təşkil olunub, iştirakçılar fərdi və qrup tapşırıqları vasitəsilə öyrəndiklərini praktiki şəkildə tətbiq ediblər. Təlimin sonunda isə proqramı uğurla tamamlayanlara sertifikatlar təqdim edilib.
Bu layihə, tələbələrin yalnız nəzəri biliklərlə deyil, həm də əmək bazarında uğurlu olmaq üçün zəruri olan yumşaq bacarıqlarla təchiz olunmalarına kömək edir. Belə təşəbbüslər tələbələrin praktik təcrübə qazanmasına, iş həyatına daha hazırlıqlı olmalarına və gələcəkdə daha uğurlu karyeralar qurmasına imkan verir.