Millət vəkilləri ilə görüş
12 sentyabr tarixində Milli Məclisin deputatları ilə görüş keçirilib.
Görüşdə TTKF-nin fəaliyyət göstərdiyi bir il ərzində 2021/2022-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə dair hesabatı təqdim olundu, Təqdimat zamanı statistik məlumatlara və TTK-dən istifadə etmiş tələbələrin təhsil göstəricilərinin dinamikasına nəzər salındı. Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə fikir mübadiləsi aparıldı. Millət vəkillərinə məlumat verildi ki, keçən tədris ili ərzində 10597 tələbə təhsil tələbə krediti üçün Fonda müraciət edib, 6815 tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 2482 sosial, 4333 standart təhsil tələbə kreditinin payına düşüb.
Millət vəkilləri tərəfindən Fondun yaratdığı imkanlardan daha çox tələbənin yararlanmasını təmin etmək üçün bir sıra rəy və təkliflər səsləndirildi, təhsil tələbə krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edildi.