Elektronçu (Cəbrayıl)
Azersun Holding "Elektronçu" (Cəbrayıl) vakansiyasını elan edir!
Təsvir:
Bu vəzifə müəssisədə istifadə olunan avtomatik idarəetmə sistemlərinin, PLC, SCADA və HMI həllərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsini əhatə edir. Vəzifə sahibi avtomatika avadanlıqlarının proqramlaşdırılması, sazlanması, texniki dəstəyi və nasazlıqların aradan qaldırılması proseslərini həyata keçirərək istehsalatın dayanıqlı fəaliyyətinə töhfə verir. Eyni zamanda yeni layihələrin avtomatlaşdırma hissəsinin hazırlanması və tətbiqində iştirak edir. İş yeri Cəbrayılda olduğu üçün yalnız Cəbrayıl və ətraf bölgələrdə yaşamaq imkanı olan namizədlərin müraciətləri dəyərləndiriləcək.
Müəssisə: Sunbeverage MMC
Ümumi Tələblər:
Elektrik və elektron avadanlıqların quraşdırılması, sazlanması və təmiri sahəsində minimum 1-3 il iş təcrübəsi;
Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;
Ölçü və diaqnostika cihazları ilə işləmək bacarığı;
Elektrik təhlükəsizliyi qaydaları və əməyin mühafizəsi tələbləri üzrə biliklər;
Nasazlıqların operativ aşkar edilməsi və problemlərin həlli bacarığı;
İstehsalat avadanlıqlarının texniki xidməti və profilaktik baxışı üzrə təcrübə;
Komandada işləmək, məsuliyyətlilik və intizamlılıq
Vəzifə öhdəlikləri:
Avadanlıqlarda yaranan nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və problemlərin aradan qaldırılmasını təmin etmək;
Elektrik sxemlərini oxumaq, təhlil etmək və praktik tətbiqini həyata keçirmək;
İstehsalat avadanlıqlarının profilaktik baxış və texniki yoxlamalarını aparmaq;
Kabel xətlərinin, elektrik qoşulmalarının və əlaqə nöqtələrinin sazlığını yoxlamaq;
Ölçü və test cihazlarından istifadə etməklə avadanlıqların texniki vəziyyətini qiymətləndirmək;
Avadanlıqların texniki xidmət qrafikinə uyğun fəaliyyətinə nəzarət etmək;
İşlərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına uyğun icrasını təmin etmək;
Ehtiyat hissələrinin və istifadə olunan materialların uçotunu aparmaq;
Birbaşa rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Biz nə təklif edirik:
İş qrafiki: Növbəli qrafik;
Nahar: Şirkət tərəfindən təmin edilir.
Müraciət üçün:
https://docs.google.com/forms/d/1I_4mTOHn7PXIUGKy8XH_sEDUZdgRJGK0tlGe_5v94Tw/edit