Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin və Milli Məclisin deputatı Məlahət İbrahimqızının tələbələrlə görüşü keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışıb. O, qeyd edib ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə xüsusi diqqət göstərilir. Hazırda tətbiq olunan yeni layihələr, proqramlar da tələbələrin təhsil zamanı daha uğurlu nəticə əldə etməsinə və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət edir.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün Fondun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!